Lirənin ucuzlaşması ilə Türkiyənin ixracı artır | Banco.az

Lirənin ucuzlaşması ilə Türkiyənin ixracı artır

Türkiyə Statistika Komitəsi və Ticarət Nazirliyinin açıqladığı müvəqqəti xarici ticarət göstəricilərinə görə; İxrac 2018-ci ilin Sentyabr ayında, 2017-ci ilin eyni ayı ilə müqayisədə 22,4% artaraq 14 milyard 456 milyon dollar, idxal isə 18,3% azalaraq 16 milyard 326 milyon dollar təşkil edib.
 
 
Sentyabr ayında xarici ticarət kəsiri 77,1% azalaraq 1 milyard 869 milyon dollara geriləyib.

 
İxracın idxalı qarşılama nisbəti 2017-ci ilin Sentyabrında 59,1% ikən, 2018-in Sentyabr ayında 88,5%-ə yüksəlib.

 

Avropa Birliyinə (AB-28) edilən ixrac, 2017-ci ilin eyni ayı ilə müqayisədə 24,4% artaraq 7 milyard 322 milyon dollar təşkil edib. AB-nin ixracdakı payı 2017-nin Sentyabrında 49,9% ikən, 2018-in Sentyabr ayında 50,6% olub.
 

Ən sərfəli kredit üçün müraciət et

Ən çox mal ixracat edilən ölkə Almaniya olub
 

Almaniyaya edilən ixrac 2018-ci ilin Sentyabrında 1 milyard 421 milyon dollar oolub. Növbəti ən böyük ixraclar 1 milyard 56 milyon dollar ilə Birləşmiş Krallıq, 816 milyon dollar ilə İtaliya və 719 milyon dollar ilə İrana həyata keçirilib.
 

İdxalda birinci yeri Rusiya tutub
 

Rusiyadan edilən idxal, 2018-ci ilin Sentyabr ayında 1 milyard 721 milyon dollar olub. Bu ölkənin ardınca 1 milyard 510 milyon dollar ilə Çin, 1 milyard 413 milyon dollar ilə Almaniya və 1 milyard 107 milyon dollar ilə ABŞ gəlib.

marja.az