Ötən həftəni 6,13 səviyyələrində başa vuran Dollar/TL məzənnəsi yeni həftəyə sərt yüksəlişlə başlayıb.
Türk lirəsinin dollar qarşısında erkən saatlarda 6.38 – ə çatan məzənnəsi, Türkiyə saatı ilə 09:23 – dən sonra 6.26 – a geriləyib.
Ötən həftə Mərkəzi Bank həftəlik repoz faizini 6,25 faiz bəndi artıraraq 24 % - ə yüksəltmişdi. Yüksək faiz artımından sonra Dollar/Tl məzənnəsi 6.50 səviyyəsindən 6,05 səviyyəsinə düşdü, ancaq bu geriləmə davamlı olmadı.
Orta Müddətli Proqram (OMP) gözlənilir
Ölkə daxilində 20 sentyabr tarixində açıqlanılması gözlənilən Orta Müddətli Proqram (OMP) bazarların diqqət mərkəzində olacaq.
Daha tarazlı inkişaf göstəricisi müəyyənləşdirməyin bazar üçün effektiv olacağı proqnozlaşdırılır.
Tamara Mustafayeva, Banco.az