Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyanın nüfuzlu “Rabobank” investisiya bankının İnkişaf etməkdə olan ölkə bazarları üzrə Kurs Strateqi Piotr Matys, ABŞ və Türkiyə arasındakı münasibətlərin tədricən yaxşılaşdığını və Dollar/TL məzənnəsinin 5.68 – 5.69 səviyyələrinə qədər enə biləcəyini bildirib.
Matys Amerikalı keşiş Bransonun azadlığa buraxılmasından sonra ABŞ və Türkiyə arasındakı münasibətlərin düzələcəyini vurğulayaraq “Türk Lirəsi üçün müsbət proqnoz verə bilərik. ABŞ və Türkiyə arasındakı münasibətlərin tədricən yaxşılaşacağını ABŞ prezidenti Donald Trampın bəyanlarından və keşişin azadlığa buraxılmasından sonra Türkiyəyə təşəkkürlərini çatdırmasından başa düşürük” deyə bildirib.
Strateq 12 oktyabr tarixində keşişin azadlığa buraxılmasından sonra 5.95 səviyyəsinə enən Dollar/TL məzənnəsi üçün növbəti səviyyənin 5.68-5.69 olacağının proqnozunu verib.
Tamara Mustafayeva, Banco.az