“LinkedIn”ə görə 2020-ci ilin ən perspektivli peşəsi hansılardır? | Banco.az

“LinkedIn”ə görə 2020-ci ilin ən perspektivli peşəsi hansılardır?

İşgüzar əlaqələr axtarışı üçün əvəzsiz olan “LinkedIn” sosial şəbəkəsi 2020-ci ildə ən çox tələb olunacaq və perspektivli hala gələcək 15 peşənin reytinqini tərtib edib. Siyahının çox hissəsini informasiya texnologiyaları və inkişafı ilə əlaqəli ixtisaslar tutur.

1. Süni intellekt üzrə mütəxəssis

Peşə təsviri: süni intellekt texnologiyalarının inkişafı və tətbiqi ilə məşğul olan mütəxəssis.

Tələb olunan bacarıqlar: maşın öyrənmə, TensorFlow, Python, təbii dil işlənməsi.

2. Robot mühəndisi

Peşə təsviri: robotların inkişafı və onlara qulluq üzrə mütəxəssis.

Tələb olunan bacarıqlar: robotların hazırlanması və montajı, UiPath, Blue Prism, proseslərin avtomatlaşdırılması.

3. Verilənlərin təhlili üzrə ixtisaslaşmış mütəxəssis (Data Scientist)

Peşə təsviri: böyük miqdarda verilənlərin işlənməsi, təhlili və saxlanılması üzrə mütəxəssis.

Tələb olunan bacarıqlar: verilənlərin statistik təhlili, riyazi modellərin qurulması, geniş məlumat massivləri ilə işləmə.

4. Full-stack inkişafetdirici

Peşə təsviri: sıfırdan veb-tətbiq yarada biləcək bir mütəxəssis: həm istifadəçi, həm də server hissələrini.

Tələb olunan bacarıqlar: React.js, Node.js, JavaScript, AngularJS, kaskad üslub cədvəlləri.

5. Sayt etibarlılığı mühəndisi

Peşə təsviri: Həm yaxın gələcəkdə, həm də uzunmüddətli perspektivdə tətbiqlərin etibarlı və mükəmməl işləməsinə cavabdehlik daşıyan mühəndis-proqrqamçılar.

Tələb olunan bacarıqlar: yeni texnologiyaların seçilməsi və tətbiqi, texnoloji yığınının müxtəlif səviyyələrində optimallaşdırılma, xüsusi sənədlərin yaradılması.

6. Müştəri uğuru üzrə mütəxəssis

Peşə təsviri: müştərinin xidmətdən razı qalmasını və onun imkanlarını anlamağı təmin edən mütəxəssis.

Tələb olunan bacarıqlar: marketinq və reklam, maliyyə xidmətləri, informasiya texnologiyaları.

 

Həmçinin oxu: Müştəri xidmətinin yüksək səviyyədə olması üçün 7 qızıl qayda

7. Satışların inkişafı mütəxəssisi

Peşə təsviri: Müştərilərə məhsulun funksiyaları, üstünlükləri barədə məlumat verə bilən və məhsulu satan bir mütəxəssis.

Tələb olunan bacarıqlar: satış təcrübəsi, liderlik, soyuq zənglər, empatiya.

8. Verilənlər bazası üzrə mütəxəssis

Ən sərfəli kredit üçün müraciət et

Peşə təsviri: məlumatların çıxarılması, çevrilməsi, yüklənməsi və işlənməsinə görə cavabdeh olan mütəxəssis.

Tələb olunan bacarıqlar: Apache Spark, Hadoop, Python, Extract / Transform / Load (ETL), Amazon Web Services.

9. Psixiatr, davranış psixoterapiyası üzrə mütəxəssis

Peşə təsviri: peşəkar yardım edən və məsləhət verən həkim-psixoterapevt.

Tələb olunan bacarıqlar: tətbiq olunan davranış təhlili, autizm spektri pozuntularını anlamaq, xüsusi təhsil.

10. Kibertəhlükəsizlik üzrə mütəxəssis

Peşə təsviri: İnformasiya təhlükəsizliyinə təhdidləri və məlumatların itirilməsi risklərini müəyyənləşdirən, bunları aradan qaldıran, həmçinin verilənlərin təhlükəsizliyini və məxfiliyini təmin edən mütəxəssis.

Tələb olunan bacarıqlar: həssaslığın qiymətləndirilməsi, istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək.

11. Back-end inkişafetdiricisi

Peşə təsviri: veb-tətbiqlərin proqram-inzibati hissəsi, sistemin daxili tərkibi, verilənlər bazası, arxitektura və proqram məntiqi ilə məşğul olan mütəxəssis.

Tələb olunan bacarıqlar: Node.js, JavaScript, Amazon Web Services, Veb Xidmətləri, Git, MongoDB.

12. Mənfəət direktoru (CRO)

Peşə təsviri: gəlirliliyi təmin edən sahələrə : marketinq və satışa cavabdeh olan mütəxəssis.

Tələb olunan bacarıqlar: maliyyə, reklam və marketinq, informasiya texnologiyaları.

13. Bulud texnologiyaları üzrə mütəxəssis

Peşə təsviri: bulud texnologiyalarının inkişafı və tətbiqi üzrə mütəxəssis.

Tələb olunan bacarıqlar: Amazon Web Services, bulud hesablaşmaları, Docker, Ansible, Jenkins.

14. JavaScript inkişafetdiricisi

Peşə təsviri: JavaScript proqramlaşdırma dilindən əsas dil kimi istifadə edən proqramçı.

Tələb olunan bacarıqlar: React.js, Node.js, AngularJS, JavaScript.

15. Məhsul sahibi (Product Owner)

Peşə təsviri: Məhsulun hazırlanması üçün tam məsuliyyət daşıyan mütəxəssis.

Tələb olunan bacarıqlar: məhsul idarəetmə, proqram təminatı.

Həmçinin oxu: Müasir dövrün uşaqları hansı vərdişləri inkişaf etdirməlidir?

Nigar Umaxanlı, Finco.az