Günümüzdə texnologiyanın inkişafı ilə birlikdə sosial media və bu kimi vasitələrdən istifadə qarşısı alınmayacaq dərəcədə artıb. Facebook, Twitter, Instagram və Snapchat kimi məşhur sosial şəbəkələr bu sahədə rəqabətin nə dərəcədə yüksək olduğunu görməyimiz üçün kifayətdir. Bu cür sosial media vasitələrinin yaradıcıları istifadəçilərin istəklərinə uyğun, həmçinin fərqli nələrsə yaradaraq yeniliklər etməyə çalışırlar. Çünki, rəqabət mühiti olduqca hərəkətlidir.
Belə bir sosial media vasitələrindən biri də, iyun ayinda 26,2 milyard dollara Microsoft şirkəti tərəfindən satın alınan LinkedIn şəbəkəsidir.
Bu gün məqsədinə görə digər sosial şəbələlərdən fərqlənən LinkedIn-dən danışacağıq.
Niyə məhz bu sosial şəbəkədən istifadə etməliyik? Bu şəbəkənin bizim üçün nə kimi üstünlükləri var?
LinkedIn-ini faydalı edən 5 səbəbi nəzərinizə çatdırırıq:
İşçi və ya iş axtarmaq üçün istifadə edə bilərsinzi.
Əgər işçi axtarırsınızsa sizin tələblərinizə uyğun şəxsləri bu şəbəkədən tapa bilərsiniz və ya iş axtarırsınızsa özünüz haqqında əsas məlumatları, maraqlarınızı, təcrübələrinizi qeyd edərək maraq dairənizə daxil olan şəxslərlə bağlantı qura bilərsiniz.
Şəxsi profilinizi yarada bilərsiniz.
LinkedIn özünüzü professional tərəfdən tanıtmağa imkan yaradır. Eləcə də, maraqlandığınız şəxslər və qurumlar haqqında dəqiq məlumat əldə edə bilərsiniz.
Reklam üçün istifadə edə bilərsiniz.
Əgər hər hansı şirkət sahibisinizsə və ya şirkətinizin profilini tanıtmaq istəyirsinizsə, bu şəbəkə digərlərindən fərqli olaraq sizin reklamınızın əlaqə qurmaq istədiyiniz mütəxəssislərə daha tez çatmasına imkan yaradacaq.
İşinizi İnkişaf etdirmək üçün ifaydalı vasitədir.
Dediyimiz kimi, sizin professional səviyyədə tanınmağınız, sizə ehtiyacı olan şəxslərin sizinlə daha tez əlaqə yaratmasına imkan verəcək. Məsələn, əgər maliyyə vasitəçisisinizsə sizinlə iş bağlantıları qurmaq istəyənlər bu yolla sizi daha tez tapacaqlar.
Rəqabətli bazarını tanımaq üçün sizə kömək olacaqdır.
Bu şəbəkə vasitəsi ilə, asanlıqla rəqiblərinizi tapa və onların fəaliyyətini araşdıra və öz strategiyalarınızı qura bilərsiniz.
Yekunda, bütün bunları ümumiləşdirərək deyə bilərik ki, LinkedIn digər şəbəkələrdən fərqli olaraq professional çərçivədə özünüzü tanıdacağınız və bu yöndə istifadə edəcəyiniz sosial şəbəkədir.