"LinkedIn" karyera məsləhətləri verən kofe maşını ilə şəhərləri gəzir | Banco.az

"LinkedIn" karyera məsləhətləri verən kofe maşını ilə şəhərləri gəzir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“LinkedIn” Z nəslinin karyeraları haqqında danışa biləcəyi bir qəhvə maşını təsis edib.

Banco.az xəbər verir ki, “LinkedIn” və yaradıcılıq agentliyi “VCCP London” kofe maşınında London və Mançesteri gəzərək gənc nəslə birbaşa karyera məsləhətləri verib.

Yeni brend kampaniyasının bir hissəsi olaraq “VCCP” karyera məsləhətlərini daha maraqlı etmək üçün interaktiv təşəbbüsə başlayıb.

LinkedIn coffee truck delivers career advice to young professionals

Alınan məsləhətlərdən yola çıxan “LinkedIn” “Know-How To Go” (Necə gediləcəyini bil) kofe maşınını və platformada sosial öyrənmə kampaniyasını yaradıb.

Sözügedən maşının həmçinin "Blueberry Sky Thinking Muffin", "COPpuccino" və "Chime-in Chai Latte" kimi korporativ jarqon adları olan xüsusi menyusu da var.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya iş dünyasının sürətlə dəyişdiyi və haradan başlanılacağını bilmədikləri bir vaxtda gənc nəslə öz karyeralarını inkişaf etdirməyə kömək etmək üçün hazırlanıb. Bu gündən etibarən aktivləşdirilən kampaniya çərçivəsində kofe maşının yeri haqqında təfərrüatlar “LinkedIn” şirkətinin səhifəsində paylaşılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram