“LinkedIn” iş axtaranlara kömək etmək üçün platformaya yeni funksiya əlavə edib | Banco.az

“LinkedIn” iş axtaranlara kömək etmək üçün platformaya yeni funksiya əlavə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“LinkedIn” iş müraciətləri üçün istifadəçilərinin işini asanlaşdıran süni intellekt alətini təqdim edib.

Banco.az xəbər verir ki, işgüzar sosial media platforması “LinkedIn” iş axtaranlar üçün müraciət prosesi zamanı örtük məktubu yarada bilən süni intellekt texnologiyasını platformaya inteqrasiya edib.

Bununla da, iş axtaranlar müxtəlif işəgötürənlərlə söhbətə haradan başlayacaqlarını bilməyəndə sözügedən süni intellekt aləti köməyə çatacaq.

Nəzərə alsaq ki, hətta təcrübəli şəxslər üçün belə formal, lakin təbii dildən istifadə edərək niyə yaxşı namizəd olduğunuzu bildirmək çətin ola bilər, “LinkedIn”in yeni aləti iş axtaranlara saniyələr ərzində işəgötürənlərə qısa örtük məktubu yaratmağa imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin “Core Growth” və “Premium” bölməsinin baş direktoru Ora Levit bildirib ki, xüsusi olaraq Premium abunəçilər üçün əlçatan olan bu funksiya istifadəçinin profilindən, işəgötürənin profilindən, iş təsvirindən və maraq göstərən şirkətdən məlumatlar toplayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et