“LinkedIn” 668 əməkdaşını işdən çıxarmağa hazırlaşır | Banco.az

“LinkedIn” 668 əməkdaşını işdən çıxarmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“LinkedIn” 668 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, işgüzar sferanın mühüm platformalarından biri olan “LinkedIn” dünən verdiyi rəsmi açıqlama ilə 668 işçisi ilə yollarını ayırdığını elan edib. 

Sözügedən ixtisarlar şirkətin Ar-Ge və maliyyə departamentlərini əhatə edəcək. Şirkət həmçinin Çindəki tətbiqini mərhələli şəkildə ləğv edəcəyini də açıqlayıb. Odur ki, bu il “LinkedIn”də işdən çıxarılanların ümumi sayı 1384 nəfər təşkil edib.

Şirkətin məqsədi işçi qüvvəsinə daha çox süni intellekt üzrə istedadları cəlb etməkdir.

Xatırladaq ki, “LinkedIn” ötən həftə şirkət daxilində bir sıra yeni süni intellektlə işləyən alətlər təqdim edəcəyini elan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram