Liftləri əyləncəli məkana çevirən qeyri-adi dizaynlar | Banco.az

Liftləri əyləncəli məkana çevirən qeyri-adi dizaynlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bir çox insanlar qapalı məkanları xoşlamadıqları üçün liftlər də sevilən məkanlar hesab edilmir. İnsanlar adətən liftdən dərhal çıxmaq istəyirlər, çünki ətrafda hakim olan səssizlik onlar üçün xoşagələn olmur. Bu qısa lift səfəri ərzində bəzi insanlar telefonda özlərini məşğul edərək vaxtın ən sürətli şəkildə keçməsinə çalışırsa, bəzi insanlar isə digərləri ilə göz təması qurmamaq üçün böyük səy göstərirlər.

Qlobal reklam şirkəti “Havas”ın nəzdində fəaliyyət göstərən və Londonda yerləşən “Conran Design Group” adlı şirkət də buradan yola çıxaraq liftlərin bu qədər narahatedici və qəribə təəssüratını dəyişdirmək üçün təşəbbüs göstərib.

Belə ki, "Conran Design Group" şirkətin Londondakı “HKX Village” adlı əsas binasında yerləşən liflərin interyerini yenidən dizayn edərək məkandakı monotonluğu qırmağı və buranı insanların söhbət edə biləcəkləri bir yerə çevirməyi hədəfləyib. Binada yerləşən liftlərdən 6-sında bu dəyişiklik tətbiq edilərkən, onlardan birinin diskoteka tərzində dizayn edildiyi, bir digərinin isə rahat divanın yerləşdirildiyi qonaq otağına çevrildiyini görürük.

Şirkətin CEO-su və idarəedici şəriki Tom Nyuton təşəbbüsün əsas məqsədinin həm sosial bir təcrübə həyata keçirmək, həm də ən darıxdırıcı məkanları belə dizayn şirkətinin necə dəyişdirə biləcəyini göstərmək olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“İnsanların dizaynla bağlı düçüncələrini liftlərin interyerini dəyişdirmək kimi bəsit bir nümunə ilə yenidən formalaşdırmaq istədik. Binadakı insanlardan bu həftə iclaslar üçün gələn müştərilərin liftləri görmək məqsədilə dostları ilə birlikdə yenidən gələcəklərini bildirən maillər aldım.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et