ABŞ-ın "Facebook Inc" şirkəti 2020-ci ildə öz kriptovalyutası "Libra"nı istifadəyə təqdim edəcəyini açıqlayıb.
"Facebook"un planları Avropada müxalifətlə qarşılaşıb. Fransa, mərkəzi bankları "Libra" ilə bağlı tənzimləmələrə hazırlaşmağa çağırıb.
Fransanın Maliyyə naziri Bruno Le Maire, ""Libra" adı verilən rəqəmsal pulun ənənəvi pulların yerinə keçəcək" kimi qəbul edilməməsi lazım olduğunu söyləyib.
Le Maire, "Europe 1" radiosuna verdiyi müsahibəsində, ""Libra"nın milli valyuta olması müzakirə mövzusu ola bilməz və olmamalıdır",- deyib.
G - 7 mərkəzi bank sədrlərinin "qlobal valyuta sistemin qoruyucuları" olduğunu bildirən Fransanın Maliyyə naziri, İyul toplantısı üçün "Facebook"un layihəsinə dair hesabat hazırlanmasını çağırıb.
Avropa Parlamentinin almaniyalı üzvü Markus Ferber, 2 milyarddan çox üzvə sahib olan "Facebook"un "kölgə bank" ola biləcəyini və təzimləyici orqanların hazır olmaları lazım olduğunu söyləyib.
Marja