“Lehman Brothers” ABŞ-ın New-York şəhərində yerləşən investisiya bankı olmuşdur. Əsasən, sabit faizli səhmlərlə fəaliyyət göstərirdi. 2004-cü ildə dünya səviyyəsində təxminən 20 000 işçisi var idi.
ABŞ-ın ipoteka kreditləri təklif edən ən nəhəng investisiya banklarından biri idin.
2007-ci ildən etibarən ABŞ-ın ipoteka bazarında yaranan böhran bankı müflis etdi.
15 sentyabr 2008-ci ildə iflasını açıqlayan bank 613 milyard dollar borcu ilə ABŞ-ın tarixində ən böyük iflas kimi qaldı. Bağlanmasından sonra bankın minlərlə işçisi işsiz qaldı və bu da əmək bazarında çaxnaşma yaratdı. Demək olar ki, bank maliyyə böhranın ilk qurbanı oldu, bunu isə heç kəs gözləmirdi.
Yaranma tarixi
Bankın yaradıcısı Henry Lehman 1844-cü ildə Almaniyadan ABŞ-ın Alabama ştatına gəlmiş, 1850-ci ildə qardaşları ilə bərabər biznesə başlamışdır.
1970-ci ildə şirkət Nyu-Yorka köçdü və Nyu-York Fond Birjasına qoşuldu. 1899-cu ildə isə səhmlərin ilkin buraxılışına başladı və növbəti 100 il ərzində bu işlə məşğul oldu. 2004-cü ildə bank 4 böyük ipoteka krediti xidməti göstərən şirkətə sahib idi.
2008-ci ildə isə müflis oldu və bankın fəaliyyətinə son qoyuldu.