Ləğv prosesində olan beş bankın əmlakı satışa çıxarılır | Banco.az

Ləğv prosesində olan beş bankın əmlakı satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondu (ADİF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard”, “Texnikabank”, “Zaminbank”,  “Royalbank” və “Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə - ikinci dəfə, 14 lot üzrə - üçünçü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar 11 iyun, 25 iyun və 2 iyul 2018-ci il tarixlərində keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et