Bu gün ləğv edilən sığorta şirkətinin əməkdaşları dekabrın 8-dən etibarən işdən azad olunublar.
Məlumata görə, onlara heç bir iş təklif olunmayıb.
Qeyd edək ki, "Naxçıvan Sığorta" Şirkətinin 30-da çox əməkdaşı var.
Xatırladaq ki, "Naxçıvan Sığorta" şirkəti ləğv edilir, onun portfeli "Atəşgah Sığorta" şirkətinə ötürülür.
Bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən "Atəşgah Sığorta" şirkətinə ötürülür.
Naxçıvan bürosunun məlumatına görə, bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.
Qeyd edək ki, "Naxçıvan Sığorta" şirkətinin 100% səhmdarı "Naxçıvan Bank"dır.
apa
Bizi sosial şəbəkələrdən izləyin!!