Ləğv edilən 11 bankın kreditorlarına ödəniş davam edir | Banco.az

Ləğv edilən 11 bankın kreditorlarına ödəniş davam edir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Atra Bank”, “Royal Bank”, “Kredo Bank”, “Zamin Bank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, "Yunayted Kredit Bank", "Texnika Bank", "Dəmir Bank" və "Gəncə Bank" ASC-lərdə, eləcə də "Bank Standard" QSC-də 17 min manata qədər əmanəti olan kreditorlara müraciət edib.

Ən sərfəli kredit üçün müraciət et

Müraciətdə bildirilir ki, kreditor tələblərinin “Kapital Bank” ASC vasitəsilə ödənilməsi davam edir.

Əmanətçilərdən Bankın müvafiq filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət etmələri xahiş olunur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et