"Lay's" firması qeyri-adi məhsul istehsal edib | Banco.az

"Lay's" firması qeyri-adi məhsul istehsal edib

Tamara Mustafayeva, Banco.az

"Lay's" cips yedikdən sonra əllərini yumağa tənbəllik edənlər üçün barmaq ucu yuyan maşın istehsal edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, kartof cipsi markası "Lay`s" firması cips sousu ilə çirklənmiş barmaqlarınızı təmizləmək üçün kiçik bir maşın hazırlayıb. Cips paketinə bənzər "Lay's Washing Finger Machine" barmaqlarınızı ayağa qalxmadan təmizləməyi vəd edir.

Hündürlüyü 15 santimetr, eni 11 santimetr olan bu maşın USB-C ilə işləyir və barmaq ucunu dezinfeksiya etmək üçün spirt püskürür. Bundan əlavə, maşının doldurula bilən xüsusi qabı da var.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda təkcə Tayvandakı müştərilər üçün cəmi beş ədəd istehsal edilmiş bu maşının qiyməti təxminən 700 dollar olaraq təyin olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et