Latviyada bankomatların sayı niyə azalır? | Banco.az

Latviyada bankomatların sayı niyə azalır?

2014-cü ilin sonuna olan məlumata əsasən, Latviyada ATM-lərin sayı  bir il öncə ilə müqayisədə 9,3% azalaraq, 1068 -ə düşüb. Bu barədə Latviya Bankı məlumat verir.

ATM-lərin sayının azalmasının əsas səbəbi, kredit təşkilatları tərəfindən həyata keçirilən filial və ATM şəbəkəsinin optimallaşdırılması prosesidir.  2014-cü ilin sonuna olan statistikaya əsasən, Latviyada milyon nəfərə 537 bankomat düşür, 2013-cü ildə bu rəqəm 584 idi.

Ən sərfəli kredit üçün müraciət et

ATM sayının azalması və POS terminal sayının artımı  bank və ticarət müəssislərinin birgə əməkdaşlığı sayəsində mümkün olub, bununla onlar ödəniş kartlar infrastrukturunu  inkişafına nail olmağa çalışır və nağdsız ödənişlərin gələcəkdə daha geniş vüsət almasını istəyirlər.

2014-cü ilin sonuna Latviyada 28,5 min POS terminal sayı qeydə alınıb ki, bu da bir il öncə ilə müqayisədə 9,8% daha çoxdur.