Larinin manata qarşı məzənnəsi dördaylıq minimuma enib | Banco.az

Larinin manata qarşı məzənnəsi dördaylıq minimuma enib

Fevralın 26-da Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,5112 manata enib. Bu göstərici son dörd ay ərzində qeydə alınan ən aşağı göstəricidir.

Bundan əvvəl larinin manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin noyabrın 11-də qeydə alınmışdı – 0,5105 manat.

Qeyd edək ki, son 5 ildə larinin manata qarşı məzənnəsi ən yüksək həddə 2016-cı ilin avqustun 22-də (0,7179 manat) çatmışdı, ən aşağı səviyyəsi isə 2020-ci ilin noyabrın 5-də (0,5067 manat) qeydə alınmışdı.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0661 manata, 1 Rusiya rublu 0,0229 manata, 1 türk lirənin məzənnəsi isə 0,2298 manata enib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram