Laqard: "Avrozonada tənəzzül yoxdur" | Banco.az

Laqard: "Avrozonada tənəzzül yoxdur"

Tamara Mustafayeva, Banco.az

Kristin Laqard region iqtisadiyyatının hələ də inkişaf etdiyini və tənəzzülə uğramadığını bildirib. 

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, BVF-nin Vaşinqtonda keçirilən illik iclaslarında çıxış edən Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avrozonanın perspektivləri ilə bağlı artan narahatlıqlardan danışıb.

Enerji qiymətlərinin inflyasiyanı artırmağa davam edəcəyini ifadə edən Laqard siyasətçilərin inflyasiyanı azaltmaqda qərarlı olduqlarını vurğulayıb. O bildirib ki, AMB faiz artımı ilə bağlı aktual məlumatlarla hərəkət etməlidir.

Avrozonada tənəzzül olmadığını söyləyən prezident həmçinin monetar ekspansiyanın geri qaytarılmasını müzakirə etməyə başladıqlarını və danışıqların davam etdiriləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Lakin əksər iqtisadçılar Laqardla razılaşmır. "Bloomberg"in sonuncu sorğusunda iştirak edən ekspertlər Avrozona iqtisadiyyatın cari rübdə və 2023-cü ilin ilk üç ayında daralacağını gözləyirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et