"Lamborghini" tibbi maskalar istehsal edəcək | Banco.az

"Lamborghini" tibbi maskalar istehsal edəcək

İtaliyanın idman avtomobilləri istehsalçısı şirkəti "Automobili Lamborghini" Sant-Aqatadaki zavodunun emalatxanalarının bir hissəsində tibbi maskalar buraxılacağını bəyan edib.

Bu barədə şirkətin saytında xəbər verilib.

Tibbi qorunma vasitələri Bolonyadakı Sant Orsola-Malpigi xəstəxanası üçün emal ediləcək.

"Hər gün pandemiya ilə ön cərgələrdə döyüşdə olanlarla ittifaqda işləyərək və dəstəkləyərək bu müharibəyə qalib gələcəyik", - şirkətin baş direktoru Stefano Domenikale deyib.

Zavodun gündə 1000 maska və 200 digər qoruyucu vasitələr istehsal edəcəyi gözlənilir.

Trend