Küveytli nazirdən neftin qiymətinə dair – VACİB AÇIQLAMA | Banco.az

Küveytli nazirdən neftin qiymətinə dair – VACİB AÇIQLAMA

“OPEK və kartelə üzv olmayan neft hasilatçısı ölkələri noyabrın 30-da Vyanada qəbul olunan və yanvarın 1-dən tətbiq edilməyə başlanılan hasilatın azaldılması barədə anlaşmasını uzatmalıdır”. 

“RİA Novosti” agentliyinə istinadən xəbər verilir ki, bunu Küveytin neft naziri Əssam əl-Məzruk “Kuna” agentliyinə müsahibəsində bildirib. 

Nazir qeyd edib ki, Küveyt iyun ayında vaxtı bitəcək bu anlaşmanın uzadılması ideyasını dəstəkləyir: 

Ən sərfəli kredit üçün müraciət et

“Anlaşmanın uzadılması neft bazarında tarazlığın bərpa edilməsini sürətləndirəcək. Nəticədə, neft qiymətləri hasilatçı ölkələr və ümumilikdə, neft sektoru üçün lazımi səviyyəyə yüksələcək”.

Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novakın dünən, martın 13-də verdiyi açıqlamada anlaşma iştirakçılarının hələ prolonqasiyanı müzakirəyə çıxarmadığı, bu mövzunun martın sonunda Küveytdə keçiriləcək monitorinq qrupunun iclasında müzakirəsinin istisna olunmadığı bildirilib.

Mənbə: Report.az