Müəllif - Aida İsaq, Banco.az
Küveyt bu il Avropaya dizel və təyyarə yanacağı ixracını artırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, müvafiq məsələ adı çəkilən ölkənin beynəlxalq sanksiyalar fonunda azalan Rusiya idxalını kompensasiya etmək məqsədi daşıyır. Beləliklə, yaxın Şərq ölkəsi Avropaya dizel yanacağının tədarükünü beş dəfə artıraraq 2,5 milyon tona və ya gündə təxminən 50 min barelə çatdırmağı hədəfləyir. Eyni zamanda təyyarə yanacağının satışının iki dəfə artırılaraq 5 milyon tona çatdırılması gündəmdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!