Küveyt Aİ-yə xüsusi hazırlanmış dizel ixrac edib | Banco.az

Küveyt Aİ-yə xüsusi hazırlanmış dizel ixrac edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Küveyt Milli Neft Korporasiyası Aİ bazarı üçün xüsusi olaraq istehsal edilən ilk dizel yükünün yola düşdüyünü açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin açıqlamasına görə, təxminən 38 min ton dizel məhsulu daşıyan “Polar Ace” tankeri yanvarın 30-da Küveytin Mina əl-Əhmedi neft emalı zavodundan yola düşüb.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələrinin müəyyən etdiyi xüsusi standartlara uyğun istehsal olunan dizel məhsulu beynəlxalq ekoloji tələblərə və texniki şərtlərə uyğundur və soyuq qış şəraitində istifadəyə imkan verir.

Xatırladaq ki, Aİ-nin Rusiyanın neft məhsullarına embarqosu fevralın 5-dən qüvvəyə minəcək. Həmin gün G7 ölkələrinin də bu məhsullar üçün maksimal qiymət tətbiq edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et