Müəllif - Aida İsaq, Banco.az
“Meta” şirkətinin rəhbəri Mark Zukerberqin kütləvi ixtisarlardan sonra bir gündə gəlirləri 12 milyard dollar artıb.
Banco.az xəbər verir ki, şirkətin səhmlərində 21 faiz artım qeydə alınıb. 2023-cü ildə “Meta” səhmlərinin gəlirliliyi payızda müşahidə olunan əhəmiyyətli azalmadan sonra 50 faizdən çox bahalaşdı. Hazırda M.Zukerberqin şəxsi sərvəti 57,2 milyard dollar olaraq qiymətləndirilir.
Qeyd edək ki, noyabr ayında şirkət rəhbəri 11 mindən çox işçini ixtisar edəcəyini açıqlamışdı. Bu rəqəmlər isə ümumi işçi qüvvəsinin təxminən 13 faizinə bərabərdir. 2022-ci ilin sentyabr ayının sonuna korporasiyanın işçilərinin sayı 87,3 min nəfər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!