Kruiz laynerinə “Satoshi” adı veriləcək | Banco.az

Kruiz laynerinə “Satoshi” adı veriləcək

1991-ci ildə «P&O Cruises Australia» tərəfindən inşa edilən «Pacific Dawn» adlı keçmiş kruiz laynerinə “Satoshi” adı veriləcək. «Ocean Builders» şirkətinin əməliyyat direktoru Çad Elvartovskinin verdiyi məlumata əsasən layner istismardan çıxarılmayacaq və restorvasiya edilərək yeni təyinatı – kriptovalyuta sektoru üzrə fəaliyyət göstərəcək. Kripto-layner kriptovalyuta şirkətləri, rəqəmsal araşdırmaçılar və sahibkarlar üçün “texnoloji inkubator mərkəzi” kimi xidmət edəcək. Kripto şirkətlər innovativ və texnoloji yeniliklərini burada test etmək imkanı əldə edəcəklər.

Kripto laynerdə tədqiqat və ofis sahələri üçün ayrılmış sahələr də daxil olmaqla istirahət üçün yaşayış evlərini icarəyə götürmə imkanı təqdim ediləcək. Bundan əlavə laynerdə kazinolar, barlar, restoranlar və fitness mərkəzləri də təklif edəcəkdir. Layner Aralıq dənizinə noyabrın 4-də çatdırılacaq. «Columbia Cruise Services» şirkəti tərəfindən idarə ediləcək layner simvolik olaraq bitcoin yaradıcısının adına Satoshi adlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et