Kriz vaxtı reklam strategiyaları necə formalaşmalıdır? | Banco.az

Kriz vaxtı reklam strategiyaları necə formalaşmalıdır?

Covid-19 pandemiyası insanların həyatlarına təsir göstərdiyi ilə yanaşı, iqtisadiyyata da təsirini göstərdi. Firmalar gözlənmədən üzləşdikləri bu krizisi ən az ziyanla keçmək üçün fərqli reklam strategiyaları barədə axtarışdadırlar. Kosmetika bazarının güclü firmalarından olan Loreal, pandemiyanın işlərinə olan təsirləri barədə analiz aparıb. Bu ilin ilk rübündə satış məkanlarının bağlı olması səbəbilə satışlarda pilləli düşüş yaşanmaqdadır. Şirkət CEO-sunun verdiyi məlumata əsasən, tələbdə bir azalma olmasına baxmayaraq, məhsulları təmin etməkdə problemlər yaşanır. Əlavə olaraq, keçən ilin bu dövrü ilə müqayisədə e-ticarət satışları 50% artsa da, bu satış miqdarı fiziki məkanlardakı satışın yerini vermədiyi görülür.

Digər maraqlı bir məqam isə Numerator-a görə, keçən il ilə müqayisədə reklam xərcləmələri 15% düşüb. Xüsusi ilə avtomobil və turizm reklamlarında 50%-in üstündə bir düşüş vardır. Reklam dünyasının iqtisadiyyatın təsiri ilə dinamikasını dəyişdirməsi, Loreal kimi əksər firmaların da dəyişiklik etməsinə səbəb oldu. Artıq reklamverənlər bu pandemiyada bir reklam formulu olmadığı üçün döyüş strategiyalarına yönəliblər. Salesforce tərəfindən hazırlanan reklam strategiyaları barədə 4 addıma nəzər yetirək.

1. Anlayış (Insight) – empatiya ilə qulaq asın

Gözlənilmədən baş verən hadisələrdə və yaranan krizlərdə insanların və ümumi iqtisadiyyatın necə hərəkət edəcəyini, nə cür reaksiya verəcəyini təxmin etmək çətindir. Bu səbəbdən biri üçün qurulacaq formula, hər situasiyada geçərli olacaq deyə bir şey yoxdur. Əsas olan müştərini dinləyə bilmə bacarığıdır. İstənilən situasiyada firmalar müştərilərinə yaxın qalmaqla, onları dinləyib və həqiqətən anlamaqla daha effektiv strategiyalar tərtib edə bilərlər. Son vaxtlarda edilən sorğulardan birinin nəticəsinə görə, müştərilər reklamlarda firmalardan “təhlükəsiz” və ya “ümidli” tipli mesajlar gözləyirlər. Karantin rejiminin tədbirləri insanları fərqli situasiyaya salıb. Bu insanlar isə firmalarından bir güvən və ya dayaq hissini görmək istəyirlər. Bunu reklamlarında yansıda bilən firmalar bu dövrdə müştərilərə gedən yollarını möhkəmləndirəcək.

Bu yansıtma bazardan-bazara, məhsuldan-məhsula fərqlilik göstərir. Hər firma hər ölkədə fərqli cür addım ata bilər. Burada da bir formul çıxarmaq mümkün deyil. Əsas olan qeyd etdiyimiz kimi müştəriyə yaxın olmaq, empatiya qura bilmək və onların nə istədiyini görə və dinləyə bilməkdir. Bu zaman nə cür bir strategiya tərtib edilməlidir, ortaya çıxacaq.

2. Təsir – Nəyin həlledici olduğuna diqqət edin

Qeyd etdiyimiz kimi, kriz vaxtı izlənə biləcək bir sabit formula yoxdur. Firmalar və reklamverənlər öz bazarlarına və kütlələrinə uyğun nəyin işə yarayacağını təxmin edərək, onlara fokuslanmalıdır. Necə ki, firmalar istehsal prosesi zamanı ən səmərəli varianta yönəlirsə, burada da iş görəcək və ya istədiyimiz təsiri edə biləcək addımlara fokuslanmaq lazımdır.

Misal olaraq, Unilever satışlarının sabit qalmasına baxmayaraq, bir çox sahədə reklam fəaliyyətlərini dayandırmaq qərarı verdi. Onun yerinə güclü investisiya gəliri olan sahələrə yönələcəklər. Kriz vaxtı müştərilərin sadiqliyi azalır və qiymətlərə qarşı daha çox həssas olurlar. Bu səbəbdən firmalar, xüsusilə bu dövrlərdə, 1-ci maddənin dediyi kimi empatiya ilə qulaq asmalı və ardınca o kütlənin istədiyini doğru tərzdə ona göstərməlidir.

3. Təkmilləşdirin – test edin, uğursuz olun və öyrənin

Bu vaxtlar üçün plansız olmaq uğursuz olmaq üçün atılan bir addımdır. Ancaq burada fərqli bir nüans da var. Firmaların bəzən qurduqları detallı planlar belə onları uğursuzluğa gətirə bilər. Çünki üzərində detallı işlənmiş plan, firmalara bəzən saxta təhlükəsizlik hissi verir. Bu, bəzən lazımi addımları ata bilməməyə, vəziyyəti təxmin etdikləri kimi yaşamadıqda idarəni itirməyə səbəb ola bilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu məsələ ilə bağlı Karl Wieck bildirib ki, kriz vaxtı böyüyən və ya uğurlu olan firmalar müəyyən xüsusiyyətlərə sahibdirlər. Çevik olma, improvizasiya və öyrənmə bacarığı. Bu səbəbdən firmaların belə situasiyalar ilə üzləşdiklərində yuxarıda qeyd etdiyimiz 3 xüsusiyyətə sahib olmağı onlar üçün avantajdır.

Misal olaraq, Mc Donald’s sosial məsafəni bildirmək adına logosunu ayırmağı, Proctor & Gamble firmasının Tiktok influencer-i ilə çəkdiyi kampaniya və s. Qısacası, firmalar belə vaxtlarda, yeni şeylər etməkdən qaçınmamalı, mümkün qədər çevik və özgüvənli şəkildə hərəkət etməlidirlər. Unutmamaq lazımdır ki, belə vaxtlarda kütlə eyni deyil. Daha həssas olurlar və onlara doğru düzgün şəkildə vaxtında atılacaq addımlar boş yerə getmiş olmayacaq.

4. İnvestisiya – Uzun müddətdə güclü qalmaq

Bütün ölkələrdə və demək olar ki, bütün bazarlarda bəzi firmalar və ya sahibkarlar uzun müddətə yönəlik investisiyalardan qaçınırlar. Bizim ölkəmizdə bu, kifayət qədər paya sahibdir. Şirkətlərimiz qısa dönəmli addımlarla öz varlıqlarını qorumağa çalışırlar. Ancaq bu tip hadisələr baş verdikdə anlıq hərəkət edən firmalar, gedişatı necə edəcəkləri barədə qərarsız qaldılar və bəziləri hətta tab gətirə bilməyib fəaliyyətini dayandırdı. Bu işin ümumisinə aid olduğu kimi, daxilində fəaliyyətlərə də aiddir. Reklam fəaliyyətində də firmalar investisiyalarını uzunmüddətli etməlidirlər.

Əvvəl də qeyd etdiyimiz kimi, belə vaxtlarda insanlar daha həssas olurlar. Atılan addıma daha yaxşı reaksiya verirlər. Bu səbəbdən düzgün kodlanmış mesaj ilə yaradılan reklamlar müştəri zehnində özünə yer edəcək. Bu səbəbdən əksər firmalar müştərilərinə, məcazi olaraq ürək-dirək verməli olduğunu anladılar. Reklamlarında daha çox optimistik tərzə üstünlük verdilər və daima müştərilərinin yanında olduqlarını vurğuladılar. Bu addım, belə dövrdə müştərilər tərəfindən müsbət qəbul edilir və onların o firmaya olan bağlılığı da artır. Onlara qarşı olan düşüncələri də yaxşı mənada möhkəmlənir.

Yəni bazarın gələcəyini qaranlıq görüb, reklamı dayandırmaq, marketinq fəaliyyətlərini təxirə salmaq kimi addımlar bir firmanın sonunu gətirmək üçün atılacaq ən gözəl addımlardı. Şirkətlər necə ki, müştərilərinin sadiqliyini gözləyirlər, belə situasiyada müştərilər də şirkətlərin onların yanında olduqlarını bilmək istəyirlər. Qısacası, ən gözlənilməz situasiyada belə firmalar bu 4-lü addımı daima tətbiq etməlidirlər. Müştərisini dinləməyi bacarmalı, ona necə getməli olduğunu bilməli, ona çıxacaq yolu düzgün müəyyən etməli və ən əsası bunu edə bilməsi üçün uzunmüddətli düşünməyi bacarmalıdır. Anlıq qərarlar və onlara uyğun müəyyən edilən taktikalar uzun müddətdə şirkətə bir şey qazandırmayacaq.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et