ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, İyul ayında ölkədə kənd təsərrüfatı xaric məşğulluq İyulda 157 min artıb, işsizlik nisbəti 4%-dən 3.9%-ə geriləyib. İşsizlikdə davam edən azalma, iqtisadiyyatın sağlam sürətlə irəlilədiyini göstərir.
Proqnoz məşğulluğun 193 min artması, işsizliyin 3.9%-ə enməsi şəkilində idi.
Orta saatlıq əmək haqqı aylıq 0.3%, illik 2.7% olmaqla proqnoza paralel artıb.
Məşğulluq bazarında stabil artım, Fed-in mərhələli faiz artırması məqsədinə uyğundur.
Məlumatların açıqlanmasından sonra Dollar mühüm valyutalar qarşısında cüzi dəyərdən düşüb. Avro/Dollar məzənnəsi yenidən 1.16 səviyyəsini keçib.
Marja.az