Müəllif: Tamara Mustafayeva, Banco.az
Laqard: İnflyasiyaya qarşı mübarizəmiz başa çatmayıb.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard inflyasiyaya qarşı zəfər elan etmədiklərini və mübarizələrinin hələ davam etdiyini bildirib.
Bu barədə o “Bundesbank”ın (Almaniya Mərkəzi Bankı ) Frankfurtda təşkil etdiyi tədbirdə çıxışı zamanı danışıb.
“Biz onsuz çox iş görmüşük. İstifadə etdiyimiz resursların miqdarını nəzərə alsaq, əmək haqqı, korporativ mənfəət, maliyyə, geosiyasi inkişaflar kimi həyati komponentləri və əlbəttə ki, resurslarımızın iqtisadi həyatımıza necə təsir etdiyini diqqətlə müşahidə edərək mövcud faiz dərəcəsində nə qədər qalacağımıza və hansı yolu izləyəcəyimizə qərar verə bilərik.”
"İnflyasiya ilə mübarizə hələ bitməyib və biz, şübhəsiz ki, qələbə elan etmirik", - deyən Laqard istehlakçı qiymətlərinin artımını hədəf səviyyəyə qaytaracaqlarına söz verib.
Bizi sosial şəbəkələrdən izləyin!!