Kristin Laqard faiz artımlarının davam edəcəyini bildirib | Banco.az

Kristin Laqard faiz artımlarının davam edəcəyini bildirib

Tamara Mutafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard növbəti görüşlərdə faiz artımının davam edəcəyini bildirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, AMB sədri Kristin Laqard Frankfurtda etdiyi çıxış zamanı inflyasiyada 2 faizlik hədəfə çatana qədər qarşıdakı bir neçə iclasda da faiz artımlarının davam edəcəyi ilə bağlı bəyanatını yenidən dilə gətirib.

Qiymət sabitliyinin AMB-nin prioriteti olduğunu ifadə edən Laqard, "Biz nə lazımdırsa edəcəyik. Bu o deməkdir ki, növbəti bir neçə görüşdə də faiz dərəcələri artırılacaq. Məqsədimiz tənəzzülə yol açmamaq olsa da, birinci prioritetimiz qiymət sabitliyidir. Qiymət sabitliyinin təmin edilməməsi iqtisadiyyata daha çox ziyan vura bilər," deyə qeyd edib.

Laqard həmçinin bildirib ki, enerji qiymətləri Avropada inflyasiyanı gücləndirən ən mühüm amildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, AMB yüksək inflyasiyanı cilovlamaq üçün FED-in ardınca siyasət faizini artırmağa davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et