Kriptovalyutaların qiyməti yenidən bahalaşıb | Banco.az

Kriptovalyutaların qiyməti yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kriptovalyutaların qiyməti yenidən bahalaşıb.

Banco.az xəbər verir ki, "Coinmarketcap" analiz şirkətinin məlumatına görə, bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 9,6 faiz artaraq 1 trilyon 980 milyard dollara çatıb. 

Analitiklər dünən ABŞ-da açıqlanan məlumatlar və FED rəsmilərinin bəyanatlarından sonra bazarların bir qədər rahatlaşdığını bildiriblər.

Bakı vaxtı ilə saat 10.45-ə olan məlumata görə, ötən 24 saatda qiyməti 10,5 faiz bahalaşan bitkoin 55 min 791 dollar səviyyəsinə çatıb. Bazar dəyərinə görə ikinci sırada olan ethereum isə 24 saatda 12,1 faiz dəyər qazanaraq 2 min 520 dollar səviyyəsinə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-da tənəzzül narahatlıqlarının artması və Asiya bazarlarındakı hərəkətlər fonunda qlobal bazarlar həftənin ilk ticarət günündə tarixi satış təzyiqi ilə üzləşmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et