Kriptovalyutaların bazar dəyəri yenidən 1 trilyon dolları keçdi | Banco.az

Kriptovalyutaların bazar dəyəri yenidən 1 trilyon dolları keçdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünən axşam saatlarında bitkoinin 20 900 dollara qədər bahalaşması ilə kriptovalyutaların ümumi bazar dəyəri 1 trilyon dolları üstələyib.

Banco.az xəbər verir ki, dekabr ayından etibarən FED-in faiz artımını dayandıra biləcəyinə dair proqnozlar investorların risk iştahını artırmağa davam edir.

Bitkoin dünən 20 000 dolları keçdikdən sonra 19 gün sonra ilk dəfə 20 930 dollara çatıb. Səhər saatlarında bir qədər ucuzlaşsa da, gündəlik artımı 2,3 faiz olub.

Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan ethereum isə 4,8 faiz bahalaşaraq 1554 dollara çatıb. Binance Coin 1,4 faiz, Ripple 3,2 faiz, Cardano (ADA) 1,5 faiz, Solana 1 faiz və Dogecoin da 17,5 faiz bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu artımdan sonra kriptovalyutaların ümumi bazar dəyəri 13 sentyabrdan bəri ilk dəfə yenidən 1 trilyon dolları keçərək 1 trilyon 7 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram