Kriptovalyutalara sərmayə qoymaq istəyənlərin sayı artıb | Banco.az

Kriptovalyutalara sərmayə qoymaq istəyənlərin sayı artıb

Böyük media şirkəti “Thomson Reuters”-in araşdırmasına görə, hər beş maliyyə xidməti müştərisindən biri kriptovalyutalara sərmayə qoymaq fikrindədir.

Şirkət öz platformasında 400-dən artıq müştəri arasında sorğu keçirib. İstifadəçilərin 20%-i kriptovalyutalara maraq göstərdiyini və bu il ərzində sərmayə qoymaq istədiyini bildirib.

Açıqlamaya görə, kriptovalyutalara sərmayə qoymaq istəyən şirkətlərin 70%-i yaxın 3-6 ay ərzində, 22%-i 6-12 ay ərzində investisiya yerləşdirməyi planlaşdırır. Şirkətin idarəçilərindən olan Nil Penni bu durumun ötən illə müqayisədə dəyişdiyini, 2018-ci ildə investorların artdığını söyləyib. Penni bir çox investorun Blockchain və ağıllı müqavilələr üçün sərmayə qoyduğunu qeyd edib.

Kriptovalyutalara olan maraq artıb. Məsələn, şirkətin Eikon platformasının xarici birja kateqoriyasında avrodan sonra kriptovalyutalar gəlir.

“Reuters”-in hazırda hansı coinləri seçəcəyini qərarlaşdırması lazımdır. Bəzi respondentlər dəyəri yüksək olan coinlərə üstünlük verdiyini bildiriblər. Çoxları ICO-lara investisiya qoymağı planlaşdırmasa da, investisiyanı ETF kimi vasitələrlə edə biləcəklərini söyləyirlər.

Sorğuda iştirak edənlərin adları açıqlanmayıb, lakin onların arasında böyük şirkətlərin sahibləri, qoruyucu fondlar və bəzi bankların ticarət şöbələrinin sahiblərinin olduğu deyilir. Kriptovalyutalara marağın artması Blockchain əsaslı tətbiqlərdə yeniliklərə səbəb ola bilər.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et