Sosial media nəhənglərinin kriptovalyuta reklamlarını qadağan etmələrinə qarşı iddialar qaldırılır. Rusiya, Çin və Cənubi Koreyadakı kriptovalyuta və Blockchain dərnəkləri belə qadağanın qəbul olunduğu üçün “Google”, “Twitter”, “Facebook” və “Yandex”-ə qarşı birgə iddia qaldırmağı planlaşdırır.
Adıçəkilən şirkətlər yaxın müddətdə kriptovalyuta və ICO reklamlarını qadağan edən siyasətlərini açıqladı. Onlar ayrı-ayrılıqda bunun səbəblərini də özlərinəməxsus tərzdə izah etdilər.
Sosial media nəhənglərinin kriptovalyuta reklamlarını qadağan etməsi bazarda eniş yaradıb
Dörd sosial media və texnologiya şirkəti əleyhinə açılan iddiada ştirak edən təşkilatlar arasında Rusiya Kriptovalyuta və Blockchain Birliyi (RACIB), Koreya İş Cəmiyyəti və Çinin LCBT təşkilatı yer alır.
RACIB-in rəhbəri Yuri Pripaçkin 27-28 mart tarixləri arasında Moskvada təşkil edilən Blockchain-RF 2018 konfransında bu dörd texnologiya şirkətinin hərəkətlərinin kriptovalyuta bazarına mənfi təsir etdiyini söyləyib:
“Bunun bazarı manipulyasiya etmək üçün bir-biriylə razılıq əldə etmiş dörd şirkətin inhisarçı mövqeyi olduğuna inanırıq. Bu dörd təşkilatın qadağası bazarda ciddi enişə səbəb oldu”.
Təşkilatlar prosesi dəstəkləmək və həyata keçirmək üçün “Avrasiya Blockchain Birliyi”ni qurdu
Yerli xəbər agentliyi “RIA Novosti”-yə görə, Yuri Pripaçkin maraqlanan hər kəsin kriptovalyuta birliyinə daxil ola biləcəyini bildirib. Pripaçkin kriptovalyuta cüzdanları varsa, şirkətin səhmdarlarına ayrı bir iddianın açılacağını ifadə edib:
“Bu şirkətlərin səhmdarlarının və ya menecerlərinin şəxsi mənfəət üçün istifadə etdikləri kriptoqrafik cüzdanlara sahib olduqları zaman onların mövqelərindən istifadə edərək təqibə məruz qaldığına inanırıq”.
Məhkəmə kriptovalyutalara sadiq olduğu deyilən Vyominq ştatında baş tutacaq
Pripaçkin bəzi ABŞ ştatlarının, xüsusilə Vyominqin kriptovalyutalara sadiq olduğu üçün məhkəmənin ABŞ-da təşkil olunacağını qeyd edib. Ötən iki ay ərzində Vyominq qanunvericilik orqanı əmlak vergisindən kriptovalyutaları azad etmək və qiymətli kağızlar tənzimləmələrini yavaşlatmaq üçün qanunlar hazırlayıb.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.