Kriptovalyutalara “Citibank Hindistan”-dan böyük zərbə | Banco.az

Kriptovalyutalara “Citibank Hindistan”-dan böyük zərbə

Son vaxtlar bir neçə iri bank müştərilərin kredit kartından istifadə edərək kriptovalyuta ticarəti etmələrinə qadağa qoyub. Onların arasına daha biri əlavə olunub: “Citibank Hindistan”. “Citibank Hindistan” digər banklara nisbətən qadağanı daha da sərləşdirəcək. Digər banklar müştərilərin kredit kartı ilə kriptovalyuta almasını qadağan edib, bank kartı ilə kriptovalyuta ticarətinə qarışmadığı halda, “Citibank Hindistan” həm kredit, həm də bank kartları ilə bu əməliyyatı qadağan edib.

“Citibank Hindistan”-ın fevralın 13-də müştərilərə göndərdiyi elektron poçt belədir:

“Həm qlobal, həm də Hindistan Ehtiyatlar Bankının da daxil olduğu yerli miqyasda yaranan narahatlıqlar Bitcoin, kriptovalyuta və rəqəmsal valyuta ticarəti etmək ilə əlaqələndirilən iqtisadi, maliyyə, qanuni, müştəri qoruma və təhlükəsizlik riskləri nəzərə alındıqda “Citibank Hindistan” bu kimi Bitcoin-lərin, kriptovalyutaların və rəqəmsal pulların ticarətində kredit və ya bank kartlarının istifadəsinə icazə verməyəcək”.

“Citibank Hindistan” ötən həftə kredit kartıyla kriptovalyuta alışını qadağan etmiş olan “Citigroup”-un bir törəmə müəssisəsidir. “Citigroup”-un verdiyi qadağa qərarı “JP Morgan Chase” və “Bank of America” ilə birgə verilib. Bu qurumlardan sonra isə “Lloyds Banking Group” və “Virgin Money” kredit kartı ilə kriptovalyuta ticarətini qadağan etdi.

Ən sərfəli kredit üçün müraciət et

Hindistan hökuməti kriptovalyutalara, xüsusilə Bitcoin-ə qarşı necə bir rəftar sərgiləyəcəyinə dair qəti qərar verməyib. Ölkənin maliyyə naziri 2017-ci ilin dekabrında Bitcoin-i “ponzi” adlandırsa da, bəzi səlahiyyətlilərin müsbət mövqeyini də görə bilərik.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et