Tamara Mustafayeva, Banco.az
Kriptovalyutalardakı "İlon Mask ucuzlaşması" başa çatıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İlon Maskın tvitlərindən sonra yeni iş həftəsinə kəskin ucuzlaşma ilə başlayan kriptovalyutalar çərşənbə axşamı dəyər itkisini dayandırmaqla yenidən bahalaşmağa başlayıb.
Bitkoin bazar ertəsi 42 min dollar səviyyəsinə qədər ucuzlaşdıqdan sonra yenidən yüksələrək 45 min 700 dollara çatıb. Ethereum isə 3 min 200 dollara gerilədikdən sonra bir qədər bahalaşaraq yeni günə 3 min 550 dollar səviyyəsində başlayıb.
Ötən həftə 400 dollar səviyyəsini üstələyən, ancaq bazar ertəsi 300 dollardan ucuzlaşan Litekoin isə bu gün yenidən bahalaşmaqla hazırda 307 dollardan icra edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!