Kriptovalyutalar sürətlə aşağı enə bilər | Banco.az

Kriptovalyutalar sürətlə aşağı enə bilər

Ethereum-un təsisçilərindən olan Vitalik Buterin kriptovalyutalar haqqındakı həqiqi mövqeyini qoruyur: “Ənənəvi valyutalar hələ də daha etibarlıdır”.

Ötən il kriptovalyuta vahidlərinin əfsanəvi dövrü kimi yadda qaldı. Bazar dəyəri baxımından uzun müddətdir Bitcoin-dən sonrakı pillədə qərarlaşan Ethereum-un yaradıcılarından olan Vitalik Buterin investorların eyfariyaya qapılmamasının lazım olduğunu və kriptovalyutaların sürətlə enə biləcəyinin mümkünlüyünü ifadə edib.

“Yalnız itirməyi gözə aldığınız məbləğdə sərmayə yatırın”.

Şəxsi “Twitter” hesabından izləyicilərinə səslənən Buterin kriptovalyutaların aşırı dəyişkənliyə malik olduğunu və hər an sürətlə azala biləcəyini deyərək, ənənəvi varlıqlar üçün “etibarlı liman” bənzətməsini yazıb.

Buterinin şərhləri investorların risk etməyini istəməyən tənzimləyicilərin fikirlərini əks etdirir.

“Ethereum da daxil olmaqla, bütün kriptovalyutalar dəyərdən düşə bilər”.

Baterinin itirməyi nəzərə aldığınızdan çox sərmayə qoymamaq tövsiyəsi kriptovalyutaların qiymətləri mövzusunda ilk xəbərdarlıq deyil. O, bir neçə ay əvvəl kriptovalyutalara iymət yönümlü yanaşmanın doğru olmadığını qeyd etmişdi.

 

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et