CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 11.122 ədəd, ümumi bazar kapitalizasiyası isə 1.6 trilyon dollardır. Bitcoin və bəzi kriptovalyutalar son 1 il ərzində pandemiya və iqtisadi qeyri-müəyyənlik dövründə “qoruyucu maliyyə aləti” kimi özünü doğrultmağı bacardı. Təcrübə göstərdi ki, 2020-ci ilin 2-ci rübündən başlayaraq rəqəmsal aktivlərə edilən investisiyalar öz sahiblərinə kifayət qədər gəlir qazandırıb. Kriptovalyutalar arasında bitcoin və ethereum investorların əsas investisiya aktivi olsa da digər rəqəmsal aktivlər də 2021-ci ildə yüksək marja ilə seçilməyi bacarıb. Buna misal olaraq, 01.08.2020 – 01.08.2021 dövrü ərzində (1 il) investorlara ən çox gəlir gətirən və prespektivli 15 kriptovalyutanı aşağıdakı cədvəl üzrə nəzərdən keçirək:
Əgər siz 01.08.2020 tarixində cədvəldə göstərilən kriptovalyutalardan hər hansı birinə 1000 dollar investisiya etsəydiniz 1 il sonra ümumi qazancınız aşağıdakı kimi olacaqdı:
Etiraf etmək lazımdır ki, kriptovalyutaların böyük əksəriyyətinin yaradılmasının əsas məqsədi qısa müddətdə spekulyativ üsullarla gəlirli maliyyə aktivinə çevrilməkdir. Bu tip kriptovalyutaları fərqləndirməyin ən sadə üsulu həmin aktivin bazar kapitalizasiyası, ümumi sayı, kriptovalyutanın missiyası və komandasına diqqət etmək lazımdır. Hazırda bir çox investorlar üçün bitcoin və ethereum kifayət qədər bahalıdır. Odur ki, investisiya etmək üçün qiyməti daha ucuz və prespektiv imkanları daha yüksək olan kriptovalyutalara tələb olduqca yüksəkdir. Hesab edirəm ki, bu tip rəqəmsal aktivlərdən cordano, polkadot, chainlink, algorand, theta, solano, tezos, kimi rəqəmsal aktivlərin potensialı var.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!