Tamara Mustafayeva, Banco.az
ABŞ dollarının güclənməyə davam etməsi ilə kriptovalyutalar yeni iş həftəsinə ucuzlaşma ilə başlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 4,5% ucuzlaşmaqla 45 min 780 dollara geriləyib.
Ethereum da gündəlik əsasda 6,2% dəyər itirməklə hazırda 3 min 206 dollara icra edilir.
Qeyd edək ki, ötən 24 saat ərzində bazar dəyəri baxımından ən dəyərli 100 kriptovalyuta növündən 91-i dollara qarşı dəyər itirib.
Bizi sosial şəbəkələrdən izləyin!!