Tamara Mustafayeva, Banco.az
Ethereum ötən 4 ayın maksimumuna çatıb, bitkoin isə yenidən 50 min dollara qədər bahalaşıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, kriptovalyutalar 4 Mərkəzi Bankın rəqəmsal valyutanı sınaqdan keçirməyə qərar verməsi xəbərindən sonra əsaslı dərəcədə bahalaşmağa başlayıb.
Ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 24 saat ərzində 6% bahalaşmaqla 50 min 152 dollara qalxıb.
Ethereum isə 3 min 700 dollara qalxmaqla ötən 4 ayın ən yüksək səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!