Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Kriptovalyutalar investisiya aləti kimi kifayət qədər riskli aktivlərdi. Lakin riskli olmasına baxmayaraq kriptovalyutalar investorlar üçün gəlirlilik baxımından son illərdə olduqca cazibədar aktivə çevrilməyi bacarıb”.
Bu açıqlamanı Banco.az-a Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib. O qeyd edib ki, son aylarda sürətlə dəyər qazanan bitkoin bir çox investorlar üçün artıq çox bahadır, bu səbəbdən, onlar qiyməti nisbətən aşağı olan lakin daha prespektivli altkoinlərə investisiya etməyə üstünlük verməyə çalışırlar:
“Odurki, yeni başlayan kripto-investorlar üçün aşağıdakı mühüm tövsiyyələrim olacaq. İlk növbədə, əgər bu sektora yatırım etmək qərarına gəlmisinizsə qətiyyən vaxtı gecikdirməyin. İnvestisiya etmək üçün optimal zamanın düzgün seçilməsi strateji faktordur. İkincisi, çalışın üzünmüddətli mövqedə yatırım planı qurun və investisiya portfelinizi mütləq şəkildə diversifikasiya edin. Yəni, investisiyanızı bir və ya iki aktivdə saxlamayın. Tövsiyyə edərdim ki, investisiya portfelinizi 40%-ni bitcoin/ethereum, 40%-ni özünü doğrultmuş prespektivli altkoinlərdə (Matic, Arbitrum, Agix, Chainlink, Algorand, İoTex, Gala, İMX, Near, GRT, Sand, Enjin, CHZ, İota, Tezos və s.), 20%-ni isə nisbətən daha riskli lakin yüksək gəlir vəd edən rəqəmsal aktivlərdə (mem koinlər – Dogecoin, Floki, Bome, Myro, Brett və s.) saxlamağınız daha effektiv olar”.
Ekspert xatırladıb ki, altkoinləri seçərkən diqqətli olmaq, hərtərəfli analiz edib sonra qərar vermək lazımdır. O bazar kapitalizasiyası 500 milyon dollardan az olan altkoinlər xüsusilə riskli hesab edir:
“Əsas məqam odur ki, investisiya etdiyiniz zaman konkret aktiv üzrə fundamental faktor və texniki analiz üst-üstə düşsün. Çünki, kriptovalyuta bazarında hər zaman kəsiyinin öz “ulduz kriptovalyutaları” olur. Yəni, investisiya qərara verdiyiniz an və konkret investisiya etdiyiniz zaman fəqrində kriptovalyutanın dəyəri kəsin qalxa və ya enə bilər. Üçüncüsü, rəqəmsal aktivlərə investisiya etdikdən sonra onların təhlükəsiz saxlanmasına əmin olmalısınız.
İstifadəçilərə məsləhətim odur ki, asan və sadə parollardan istifadə etməsinlər. Çalışın 1 parolda eyni zamanda böyük və kiçik həriflər, rəqəmlər və əlavə simvol olan mürrəkkəb kombinasya olsun. Elektron cüzdan və ya birja hesablarınız üzrə parolları paralel olaraq yazılı formada da saxlayın. İki faktorlu autentifikasiyadan (2FA) istifadə edin. Bu, başqası sizin parolunuzu əldə etsə belə, hesablarınıza icazəsiz girişin qarşısını almağa kömək edəcəkdir. Fişinq fırıldaqlarından ehtiyatlı olun. Yəni, şübhəli sayt və e-poçtlardan sizə gələn linklərə daxil olaraq şəxsi məlumatlarınızı paylaşmayın”.