Kriptovalyutalar əvvəlki şöhrətini itirib - SƏBƏB | Banco.az

Kriptovalyutalar əvvəlki şöhrətini itirib - SƏBƏB

Diqqətlə baxdıqda kriptovalyutalara olan maraq əvvəlkinə nisbətən azalıb. “Google”-da Bitcoin, Ethereum və Litecoin axtarışları hazırda çox aşağı düşüb. Bazardakı mövcud vəziyyəti nəzərə aldıqda işlərin gələcəkdə neə hal alacağı maraqlıdır.

Kriptovalyutaların məşhurluğu niyə azaldı?

2017-ci ildə yaşanan kriptovalyuta çılğınlığının 2018-ci ilin ilk günlərində bir az sakitləşməyə başlaması çox normaldır. Ötən həftələr ərzində əksər kriptovalyutada kritik enişlər yaşandığını gördük bə bu, sadəcə bir başlanğıc kimi görünür. Əgər bazardakı vəziyyət belə davam edərsə, gələcəkdə kriptovalyutalarda nələrin baş verdiyini təxmin etmək çətindir.

Kriptovalyutaların qiymətinin enməsi ilə birlikdə cəmiyyətdəki məşhurluğu da azalıb. “Google Search”-ün məlumatlarına görə, Bitcoin, Ethereum və Litecoin üçün edilən axtarış sayında nəzərəçarpacaq bir azalma var.

“Google”-dakı axtarışlar kriptovalyutaların gələcəyini müəyyən etmək üçün meyar hesab edilməsə də, mövcud vəziyyət insanların kriptovalyutalara əvvəlki kimi maraq göstərmədiyindən xəbər verir. Bazardakı qiymət enişləri Bitcoin və digər kriptovalyutalara olan istəkdə bir soyuqluq əmələ gətirdi. Lakin bazardakı yüksəliş bu vəziyyəti dəyişə bilər.

“Google”-dakı axtarışlara daha yaxından baxdıqda Bitcoin üçün axtarış son üç ayda 75% -ə qədər enib. Bunun Bitcoin-in qiymətindəki enişlə üst-üstə düşməsi heç də təəccüblü deyil. Eyni durum Ethereum üçün də qeydə alınsa da, Ethereum uzun müddət sabit qalmağı bacardı. Litecoin isə axtarışlarda çox geriləsə də, qiyməti bir o qədər də enməyib. Həmçinin Litecoin Bitcoin və Ethereum qədər məşhur kriptovalyuta deyil.

Kriptovalyutalara sıx maraq göstərən müxtəlif ərazilərə baxdığımızda, Bitcoin-in hazırda dünyanın ən məşhur kriptovalyutası olduğunu görərik. Ethereum isə daha çox Şimali Amerikada, bəzi Şərqi Avropa ölkələrində və Asiyada daha çox populyardır. Litecoin ilə bağlı konkret bölgəni qeyd edə bilmərik. Ancaq Ethereum və Bitcoin kimi məşhur kriptovalyutaların populyarlığı ilə özünü tanıda bilər.

Əsas sual isə 2018-ci ilin qalan hissəsinin necə keçəcəyidir. Bitcoin-in qiyməti ilə bağlı proqnozların əksəriyyəti müsbət mövqe vəd edir. Belə olan halda Bitcoin, Ethereum və Litecoin haqqında daha çox axtarış sorğularını görə bilərik.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az