Kriptovalyutalar çirkli pulların yuyulmasında nadir hallarda istifadə olunur | Banco.az

Kriptovalyutalar çirkli pulların yuyulmasında nadir hallarda istifadə olunur

Beynəlxalq banklararası köçürmə sistem SWIFT-in araşdırmasına əsasən məlum olub ki, kriptovalyutaların çirkli pulların yuyulmasındakı rolu kifayət qədər şişirdilib. SWIFT analitiklərinin dərc etdiyi “Follow the Money” adlı hesabatda qeyd edilir ki, çirkli pulların yuyulmasında kriptovalyutalar çox nadir hallarda istifadə olunur. Çirkli pulların yuyulması hələ də qlobal maliyyə sistemi üçün ən ciddi problemlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə təkcə ABŞ-da, illik 800 milyard dollardan 2 trilyon dollara qədər fiat valyutalar yolu ilə “yuyulur”. Kriptovalyutalar bu “bazarın” son dərəcə kiçik bir hissəsini tutur. SWIFT-ə görə, kiber hücumlar nəticəsində əldə edilən pullar da nadir hallarda kriptovalyutalarla yuyulur.

kriptoinvest.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et