"Kriptovalyuta şirkətləri ABŞ-ı tərk edə bilər" | Banco.az

"Kriptovalyuta şirkətləri ABŞ-ı tərk edə bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ripple CEO-su: Kriptovalyuta şirkətləri ABŞ-ı tərk edə bilər.

Banco.az xəbər verir ki, “Ripple” şəbəkəsinin baş direktoru Bred Qarlinqhauz ABŞ hazırda kriptovalyuta biznesinin tənzimlənməsindəki qarışıqlığın bu sahədə fəaliyyət göstərən daha çox şirkətin ABŞ-ı tərk edərək başqa ölkələrə köçməsinə səbəb ola biləcəyini söyləyib.

“Avropa həqiqətən də BƏƏ kimi ölkələrdən liderliyi alıb. Hətta Böyük Britaniya və Sinqapur da bu rəqəmsal aktivləri necə tənzimləyəcəklərini şəffaf şəkildə izah edirlər. Bu da öz növbəsində sahibkarlara və investorlara tənzimləyicilərlə konstruktiv əlaqə saxlamağa imkan verən qaydaların qəbuluna kömək edir”, deyə Bred Qarlinqhauz fikrini dilə gətirib.

Qeyd edək ki, ABŞ-da tənzimləyici qurumların “Ripple” və “Coinbase” birjası kimi şirkətlərə ciddi nəzarət tətbiq etdikləri bir vaxtda “Ripple”  İsveçrənin kriptovalyuta saxlama xidmətləri firması olan “Metaco”nu satın alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et