Kriptovalyuta sənayesinə dəstək məqsədli fon yaradılıb | Banco.az

Kriptovalyuta sənayesinə dəstək məqsədli fon yaradılıb

Müəllif - Aida İsaq, Banco.az

Kriptovalyuta bazarına maliyyə yardımı göstərmək üçün ümumilikdə 1 milyard dollar məbləğində xüsusi fond yaradılacaq. Gələcəkdə ehtiyac yarandığı təqdirdə məbləğin 2 milyard dollara qədər yüksəldilməsinin mümkün olduğu qeyd olunur.

Banco.az xəbər verir ki, “Binance” ticarət platforması bu barədə məlumat yayıb. Beləliklə, FTX birjasının müflisləşməsi ilə əlaqədar bu sənayedə fəaliyyət göstərən şirkətlərə dəstək tədbirləri həyata keçiriləcək. Digər kriptovalyuta şirkətləri də fondun inkişafı üçün investisiyalar ayırıblar. Əsas investorlara “Jump Crypto”, “Polygon Ventures” və “Animoca Brands” daxildir. Proqramın altı aylıq olması nəzərdə tutulub.

Fondun investisiya yatırmaq məqsədi ilə yaradılmadığı bildirilir. Burada məqsəd idarə edilə bilinməyən səbəblər fonunda maliyyə çətinlikləri ilə üzləşən şirkətlərə dəstək göstərməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et