Müəllif: Tamara Mustafayeva, Banco.az
Kriptovalyuta saxlayan Aİ bankları üçün ciddi qaydalar nəzərdə tutan tənzimləmə AP İqtisadi və Maliyyə İşləri Komitəsi tərəfindən təsdiqlənib.
Banco.az xəbər verir ki, Avropa Parlamentinin (AP) komitəsi banklardan risk ehtimalı nəzərə alınmaqla, kripto aktivlərin dəyərini tamamilə ödəməyə kifayət edəcək qədər kapitala malik olmalarını tələb edən müvafiq tənzimləməni təsdiq edib.
Avropa Parlamentinin İqtisadi və Maliyyə Məsələləri Komitəsi beynəlxalq Bazel III sazişinin həyata keçirilməsi üçün yeni qaydaları özündə əks etdirən qanunvericiliyi qəbul edib.
Bu qanunvericilik Aİ banklarının gələcək iqtisadi şoklara qarşı daha dayanıqlı olmasını təmin edəcək.
Qeyd edək ki, Bazel III sazişinin müvafiq kapital qaydaları 2025-ci ilin əvvəlində tam qüvvəyə minəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!