Kriptovalyuta oğurluğu rekord həddə çatıb | Banco.az

Kriptovalyuta oğurluğu rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kriptovalyutaların ələ keçirilməsi halı rekord həddə çatıb.

Banco.az xəbər verir ki, blokçeyn təhlili üzrə ixtisaslaşmış “TRM” şirkəti 2024-cü ilin ilk yarısında oğurlanmış kriptovalyutaların miqdarının 2023-cü ilə nisbətən iki dəfə artdığını açıqlayıb.

Şirkət 2024-cü ilin ilk altı ayında xakerlər tərəfindən oğurlanan kriptovalyutanın miqdarını açıqlayıb.

2024-cü ilin ilk altı ayının hər birində 2023-cü ilin müvafiq aylarına nisbətən daha çox aktiv oğurlanıb və hücumların sayı 150 faiz çox olub.

Xakerlər 24 iyun 2024-cü ilə qədər 1,38 milyard ABŞ dolları həcmində kriptovalyuta oğurlayıblar. Ötən ilin eyni dövründə bu rəqəm 657 milyon ABŞ dolları olub.

Məlumatlar göstərir ki, may ayında Yaponiyanın kriptovalyuta birjası olan “DMM Bitcoin” 2024-cü ildə indiyədək ən böyük hücuma məruz qalıb. Bu kiberhücum o zaman 300 milyon dollardan çox olan 4500 BTC-nin oğurlanması ilə nəticələnib.

Ən sərfəli kredit üçün müraciət et

Bəs kriptovalyutaları necə qorumaq olar?

Kriptovalyutalar müntəzəm təhlükəsizlik auditləri, güclü şifrələmə, çox imzalı pul kisələri və təhlükəsiz kodlaşdırma tətbiqləri kimi çox mərhələli müdafiə strategiyasını həyata keçirməklə hücumlardan və istismarlardan qoruna bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et