Kriptovalyuta əməliyyatlarının həcmi 32 ayın minimumuna geriləyib | Banco.az

Kriptovalyuta əməliyyatlarının həcmi 32 ayın minimumuna geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay kripto platformaları üzrə spot bazarda ümumi ticarət həcmi 439,42 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, kriptovalyuta dünyasında davam etməkdə olan nisbətən stabil tendensiya investorların “gözlə-gör” strategiyasına keçməsinə səbəb olarkən, bu vəziyyət həmçinin əməliyyat həcminin də azalmasına gətirib çıxarır.

Kriptovalyuta üzrə xəbərləri və təhlilləri işıqlandıran “The Block” may ayı üzrə kriptovalyuta ticarətinin həcminə dair məlumatları yayımlayıb.

Bu məlumatlar göstərir ki, platformalardakı spot bazar əməliyyatlarının həcmi may ayında əvvəlki ayla müqayisədə 27 faiz azalaraq 439,42 milyard dollara düşüb. Bu, spot bazarda ötən 32 ay ərzində qeydə alınan  ən aşağı ticarət həcmidir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, kriptovalyuta platformalarında spot bazar ticarətinin həcmi 2021-ci ilin may ayında 4,25 trilyon dollarla rekord vurmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et