Keçən il, Rusiyada bir sosial media saytı olan “Vkontakte”-nin keçmiş əməkdaşı Anton Rozenberq “Telegram”-ın öz kriptovalyutası kimi ICO hərəkətini başladacağını və “TechCrunch” bloquna görə 1.2 milyard dollarlıq token satışı etdiyini bildirib. Lakin kriptovalyuta mətbuatında yer alan digər xəbərdə 850 milyon dollarlıq sərmayə aldıqları bildirilib.
“Telegram”-ın qurucusu Pavel Durov verdiyi açıqlamada Bitcoin-in hələ də rəqəmsal qızıl olduğunu və kriptovalyutaların gələcəyinə dair optimist düşündüyünü qeyd edib. 1.5 milyon dollara aldığı 2000 Bitcoin hazırda 17.3 milyon dollar edir.
“Telegram” milyonlarla insan üçün rabitə bazası funksiyasını daşıyır. Burada rastlaşacağınız bəzi istifadəçi növləri aşağıdakılardır:
Həyəcan yayan
Bu tip istifadəçilər çox aktiv olduqları üçün özlərini və digər istifadəçiləri həyəcanlandırırlar. Panika yaradaraq bu layihəyə qarşı segi duyduqlarını reklam edirlər, ancaq problem yarandıqda sevgi hissi yerini qəzəblə əvəzləyir. Əsas ifadələri: hamını sevirəm. Bu layihəyə çox inanıram. Amma digər tərəfdən: coinlərimi geri istəyirəm. Sizə nifrət edirəm! Pullarımı qaytarın! Fırıldaqçılar! Saxtakarlar! Hər şey bitdi! Anama qulaq asmalıydım!
“Əlaqələri” olan şəxs
Bu tip istifadəçi dünyadakı qanunları yaxşı bildiyini, CIA, istintaq məhkəmələri və bəzi prezidentlərlə əlaqələrini göstərir. Əsas sözləri: başın bəladadır, hər şeyi səlahiyyətlilərə bildirdim. FTB səni izləyir, həyəcanlan.
İnanan
“Telegram”-dakı kripto kanallarından istifadə edənlərin əksəriyyəti bu növə aiddir. Öz pullarını bu işə təkcə mənfəət üçün deyil, həm də layihəyə və qrupdakı şəxslərə olan etibarları səbəbiylə qoyurlar. Bu şəxslər layihəni və qrupu oldiqca yüksək dəyərləndirirlər. Bu qrupun nümayəndələri əsasən kriptovalyutaya meyl göstərənlər və mətbuatdakı məlumatları izləyən analitiklərdir. Bütün problemləri adətən özləri araşdırır və bəzən cavabları başqaları ilə bölüşürlər.
Təkrar olaraq satanlar
Bu tip istifadəçilər layihələrə yalnız bir məqsəd üçün kömək edirlər; uzuz alaraq baha satmaq. Məhsulunu inkişaf mərhələsində olduğuna, arxasındakı psixologiyaya, komandada kimlərin olduğuna əhəmiyyət vermirlər. “Whitepaper”-i belə tam oxumurlar. Əsas ifadələri: Qeydlər nə zamandır? Tələsmək lazımdır? Bir ay ərzində bir tokendən 100 dollar qazanmaq üçün səbrsizlənirəm.
Həmişə qadağan olunan üzvlər
Bu tip istifadəçilər həmişə qanunlara zidd hərəkət edərək qadağalara məruz qalırlar. Sonra isə yeni hesab açaraq hər şeyi əvvəldən başlayırlar. Əsas sözləri: yenə niyə ban olundum? Bir milyon dollar sərmayə yerləşdirdim, bəs niyə qadağaya məruz qaldım?
İroniya ilə yanaşanlar
Bu istifadəçi tipi ayda bir dəfə onlayn olur və hər dəfə eyni sualı verir: nə işlə məşğulsunuz? Layihə hələ də məhv olmayıb?
Hər token satışı təkrarolunmazdır. “Telegram” adi bir mesajlaşma proqramı deyil. Kriptovalyuta cəmiyyəti üçün böyük önəm daşıyır. Yüzlərlə ICO layihəsinin funksiyaları üçün qan dövranı kimidir. “Telegram” hazırda ödənişli deyil, lakin gələcəkdə ola bilər. Bütün dünyadakı kriptovalyuta ictimaiyyəti “Telegram”-dan hər gün istifadə edirlər.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.