Müəllif: Tamara Mustafayeva, Banco.az
“Binance” kriptovalyuta birjası Yaponiya bazarına daxil olur.
Banco.az xəbər verir ki, daha əvvəl Yaponiyada fəaliyyət göstərmək üçün tənzimləyici tələblərə əməl edə bilməyən “Binance” yapon kriptovalyuta birjası “Sakura”nı satın almaqla Yaponiya bazarına daxil olur.
“Binance” tərəfindən edilən açıqlamaya görə, sözügedən satınalma ilə “Binance” həm də Şərqi Asiya bölgəsi üzrə ilk lisenziyasını alacaq.
Satınalmanın şərtləri isə ictimaiyyətə məlum deyil.
Qeyd edək ki, şirkətin Yaponiyadakı nümayəndəsi Takeşi Çino, “Birləşən platformalarımızı yerli istifadəçilərə uyğun şəkildə inkişaf etdirmək üçün tənzimləyicilərlə işləyəcəyik. Yaponiyanın kriptovalyuta aləmində aparıcı rola sahib olmasına kömək etməyə hazırıq”, deyə bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!