Kriptolvalyuta debatı: Gələcəyin pulu yoxsa aldadıcı reklam? | Banco.az

Kriptolvalyuta debatı: Gələcəyin pulu yoxsa aldadıcı reklam?

Dünya virtuallaşdıqca, mübadilə vasitəsi də virtuallaşır. Valyuta sektoruna yeni rəqiblər gəlib, adı kriptovalyutalardır. Beş il əvvəl desəydim ki, kriptovalyutaların milyonlarla azarkeşi olacaq, yəqin məni yalançı kimi qələmə verərdiniz. Amma fakt budur ki, yeddidən yetmişə qədər hər kəsin kriptovalyuta sahəsinə marağı var.

Bu günlərdə kriptovalyutalarla bağlı çoxlu suallar yaranır, xususilə də bitcoin barəsində. Hər kəsə  maraqlıdır, kriptovalyuta   sahəsində baş vermiş artıb-azalmalar nə qədər müddətə davam edəcək?, bu imkanlardan istifadə etmək lazımdırmı? Bu suallara əsaslanaraq kriptovalyuta, xususilə də bitcoin sahəsində gördüyüm yüksəlişi, işləmə mexanizmini və  gələcəyi haqqında öz düşüncələrimi sizlərlə paylaşacam.

2008-ci ilin oktyabrında Satoşi Nakamoto adlı bir şəxs bitcoini ictimaiyyətə açıqlayır və 2009-un yanvarından etibarən istifadə edilməyə başlanılır. Əslində bitcoin fərdlər arasında peer-to-peer şəbəkəsinə əsaslanan, mərkəzi bir qurum tərəfindən idarə olunmayan və əməliyyat haqqı olduqca aşağı olan dəyər vasitəsidir.  Ən az on il ərzində bitcoinin bazar dəyəri 128 milyard dolları aşır, təbii ki, buna uğur hekayəsi demək olar. 2015-ci ildən etibarən yüz mindən çox insan bitcoini ödəmə vasitəsi kimi qəbul edir və öz pulunu bitcoinə investisiya etməyə qərar verir.

 

 

İlk baxışdan görürük ki, bitcoində ən çox artım 2015-ci ildən sonra baş verib. Yəni, son iki ili bitcoinin çiçəklənmə dövrü adlandırmaq daha doğru olardı.

 

Bəs  bitcoinin xususiyyətləri nə idi? Niyə belə böyük bir marağa səbəb olmuşdu? Bu barədə aşağıdakı məlumatları topladım:

  • Bitcoin müstəqil bir valyuta növüdür  - Bitcoinlər mərkəzi hakimiyyət tərəfindən idarə olunmur, ona görə də bəzi iqtisadi risklərə qarşı davamlı olduğunu deyə bilərik.
  • Bitcoin istifadəçilərinə anonomlik xususiyyətini verir - Bitcoində açılan hesablar şifrəli olur,  ona görə də anonimlik prinsipi qorunmuşdur.  Bitcoin hesabı açarkən ad və e-mail verməniz yetərlidir.
  • Bitcoin sistemindəki əməliyyatlar hər kəs tərəfindən təhlil edilə bilər - Blockcahin adlı məlumat sistemində bitcoin üzərində edilən bütün əməliyyatlar qeydə alınır.  Bitcoin hesabları arasındakı bütün əməliyyatlar  bu sistemdə qeydə alındıqdan sonra təsdiqlənə bilər.  Yəni istifadəçilər hansı hesabda nə qədər əməliyyat edildiyini görə bilərlər, lakin hesablar şifrəli olduğundan kimə aid olduqlarını heç vaxt bilməzlər.
  • Bitcoin  hesabı yaratmaq çox asandır - Bitcoin üzərində hesab yaratmaq üçün heç bir ödənişə ehtiyac yoxdur. Sorğusuz – sualsız hesab aça bilərsiniz.
  • Bitcoində etdiyiniz pul köçürmələri olduqca sürətlidir - Pul transferi zamanı bankda bir çox problemlərlə qarşılaşmaq ehtimalı mövcuddur. Amma bitcoin, insanlar arasında məlumat mübadiləsinə əsaslandığından belə bir əngəllə qarşılaşmayacaqsınız.
  • Bitcoində əməliyyat ləğv edilə bilməz­­ - Bitcoin üzərindən pul köçürməsi etsəniz bu əməliyyatı ləğv etmək mümkün deyil, yeganə yolu  pulu köçürdüyünüz şəxs təkrar olaraq  həmin vəsaiti sizə transfer etməlidir.

Kriptovalyutalar bir-birinə növ olaraq çox bənzəyir. Ümumiyyətlə valyuta bazarındakı digər kriptovalyutalarla tanış olmaq və onların bazar dəyərini müşahidə etmək istəyirsinizsə, buradan istifadə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bəs kriptovalyutalar hələ də insanlar qarşısında tam güvən qazanmamasının əsas səbəbi nədir? Bu səbəbləri tapmaq üçün internetdə bir neçə axtarış etdim və aşağıdakılarla qarşılaşdım:

  • Uyğunlaşa bilməmə -  İllər boyu kağız, bank, notlar üstünlük təşkil etdiyindən, virtual valyuta növü dörviyyəyə buraxılanda insanlar öz pullarını investisiya etmək haqqında tərəddütlü idilər.  Eyni zamanda kriptovayutaların dövlət idarələri tərəfindən əngəllərə məruz qalması insanların bu sektora hələ uzun müddət uyğunlaşa bilməməsinə səbəb olur.  Belə düşünürəm ki, insanların rəqəmsal valyuta növlərinə uyğunlaşması biraz zaman alacaq, necə ki, dollar bir valyuta növü olaraq insanların güvənini qazanması üçün uzun bir dövrü əhatə etdisə, kriptovalyuta sahəsi üçün də eyni mənzərə yaşanıla bilər.
  • Qiymət dəyişiklikləri -  Doğrudur, hər bir sahədə risk mövcuddur. Lakin kriptovalyutaların tez-tez qiymətinin dəyişməsi və valyuta bazarında  baş verən  digər canlanmalar insanların  hələ də sahəyə tam inanmamasına gətirib çıxardır. Bu dəyişikliklər çox vaxt pis bir nəticə verməyə bilər, lakin insanlar bitcoinlə aldıqları malın bir-neçə saat ərzində nə qədər olacağı barədə əmin deyillər.
  • Kriptovalyutalar arasındakı rəqabət - Dünyada mindən çox kriptovalyuta mövcuddur. Çoxu o qədər də aktiv olmasa da  insanların seçim qarşısında qalması, onların bu sahəyə marağına mənfi təsir edir. Hələ üstəlik fikirləşsək, insanların çoxu kriptovalyutalarla bağlı məlumatlı deyillər, bu lap pisdir.

 

Nəticə olaraq belə sonlandırmaq olar ki,  əməliyyatlarına görə bir-biri ilə rəqabətdə olan kriptovalyutaların rəqəmsal sahədə uğurlu olacağını düşünənlərdənəm. Maliyyə bazarlarında kriptovalyutalar insanları cəzb edib, uğur qazana bilir. Lakin hələ də əsas mübadilə vasitəsi kimi dəyər görə bilmir.

Xəzər Aslanov

Ən sərfəli krediti almaq üçün müraciət et