Kripto-auksiyonda rəsm əsəri 0,000000037$ satıldı | Banco.az

Kripto-auksiyonda rəsm əsəri 0,000000037$ satıldı

Kriptovalyuta və blockchain texnologiyası mövzusuna həsr edilən rəsm əsərlərinin müəllifi – Cryptograffiti adlı anonim rəssam Reddit-də post paylaşaraq qeyd edib ki, bir dollarıq əskinas üzərində çəkdiyi şəkili mikro auksiyon keçirərək 0,000000037dollara satıb.  “Qara qu quşu” adlı rəsm əsəri cryptograffiti.com saytında satışa qoyulub və ölçüsü 3,55 x 4,44 sm olub. Bu auksiyonu fəqrləndirən əsas fərq – auksiyon qalibi rəsm əsərinə ən az məbləğ təklif edən şəxs oldu. Kripto-auksiyonun iştirakçıları yalnız 1 satoşidən az olan məbləğ göndərə bilərdilər. Auksiyonda Lightning Networkşəbəkəsindən istifadə olunub və bitcoin tranzaksiyalar demək olar ki, komissiyasız həyata keçirilib. Nəticədə rəsm əsəri 1 millisatoshi-yə (0,000000037 $) satılıb.

Ən sərfəli kredit üçün müraciət et

Cryptograffiti Reddit-də dünyada ən ucuz hesab edilə biləcək bir sənət əsəri yaratmaq istədiyini yazıb və qeyd edib ki, gələcəkdə kriptovalyutada olan mikro ödənişlər insanların gündəlik həyatına daxil olacaq. Xatırladım ki, rəssam öz YouTube kanalında “Qara qu quşu” adlı rəsm əsərini necə yaratıdığını yerləşdirib.

Kriptoinvest.az

Ən sərfəli krediti almaq üçün müraciət et